Tarih: 18.03.2024 21:33

Çanakkale Zaferinin 109.Yılı Nahçıvan'da Kutlandı

Facebook Twitter Linked-in


       Çanakkale Zaferinin 109. yıldönümü Nahçıvan Özerk Cumhuriyetindede bir dizi prograkmla anıldı.
   Türkiyə və muxtar respublikanın ictimaiyyət və media nümayəndələri əvvəlcə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub, Şəhidlər xiyabanı və “Ana” abidəsini ziyarət ediblər.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edən tədbirdə Çanaqqala şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. “Qurani Kərim”dən ayələr oxunub, dualar edilib.
Tədbirdə çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Çanaqqala zəfərinin türk tarixində əhəmiyyətindən danışıb. Mütəşəkkil komandanlıq altında sıx birləşmiş türk millətinin nümayiş etdirdiyi əzm, iradə, vətənpərvərlik və humanizmdən bəhs edib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Çanaqqala savaşı ilə bağlı geniş məruzə edib.
Alim məruzəsində Çanaqqalanın mühüm strateji əhəmiyyətindən, Çanaqqala döyüşünün müharibənin qazanılmasındakı rolundan söz açıb. Türk xalqının yazdığı bu şanlı zəfəri ümumxalq mübarizəsinin bariz nümunəsi kimi səciyyələndirib.
Vəli Baxşəliyev müharibə zamanı Çar Rusiyasının təzyiqinə baxmayaraq Azərbaycan türklərinin öz qardaşlarına yardıma gəlməsindən danışıb, müharibənin gedişində mühüm önəm daşıyan tarixi hadisələri təhlil edib.
Tədbirdə Naxçıvanda təhsil alan türk tələbələr Çanaqqala zəfərinə həsr olunmuş şeirləri qiraət ediblər, mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.




Orjinal Habere Git
— HABER SONU —